Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 31 Dec 2025 16:32
ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir.
APA-nın xəbərinə görə, bunu ABŞ-nin Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı təbrikində bildirib.
Emi Karlon qeyd edib ki, bu ilin iyun ayından Azərbaycana gəldiyindən bəri ölkələrimiz arasında münasibətlərdə mühüm inkişaf baş verib: “Xüsusilə avqustun 8-də Vaşinqtonda Prezident Trampın ev sahibliyi ilə keçirilən Zirvə görüşü böyük əhəmiyyət daşıyır. ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir”.
ABŞ-nin Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili qeyd edib ki, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilir: “Bu gün həmrəyliyin, sülhün və rifahın əhəmiyyətini bir daha xatırladır. Bu dəyərlər Azərbaycan və Cənubi Qafqaz üçün olduqca vacibdir. ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir. Məqsədimiz daha təhlükəsiz, dinc və firəvan gələcək qurmaqdır”.
https://twitter.com/USEmbassyBaku/status/2006340858371600882
Firuzə Vahid Müvəqqəti işlər vəkili Emi Karlon ABŞ Azərbaycan