XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum olub

Tarix: 17 Jan 2026 11:42

XIII Qlobal Bakı Forumu ərəfəsində yekun koordinasiya iclası keçirilib.

APA xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "X" hesabında paylaşım edilib.

Qeyd olunub ki, qarşıdan gələn XIII Qlobal Bakı Forumu ilə bağlı yekun koordinasiya iclası təşkil olunub.

Bildirilib ki, 2026-cı il 12–14 mart tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək forum çərçivəsində 400-dən çox beynəlxalq qonağın qəbul edilməsi gözlənilir.

Toplantıda forumun təşkili ilə bağlı əsas məsələlər müzakirə edilib və tədbirin yüksək səviyyədə keçirilməsi üçün görülən hazırlıq işləri nəzərdən keçirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bakı Qlobal Forumu

Xəbər Lenti