Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Tarix: 05 Sep 2026 07:59

ABŞ Prezidenti Donald Tramp 2026-cı il futbol üzrə dünya çempionatının ölkə iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirdiyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə öz “Truth Social” hesabında məlumat verib.

“Yalnız futbol üzrə dünya çempionatı iqtisadiyyatımıza 18 milyard dollardan çox vəsait gətirdi və 160 mindən çox insanı işlə təmin etdi!”, - Tramp yazıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilib.

Turnirdə ilk dəfə 48 milli komanda iştirak edib.

ABŞ futbol çempionat ABŞ

Mənbə: apa.az

Xəbər Lenti