Şənbə, 5 Sentyabr, 2026
Tarix: 05 Sep 2026 08:31
7–11 sentyabr 2026-cı il tarixlərində Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçiriləcək.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlmat yayıb.
Bildirilib ki, eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) də baş tutacaq.
Tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunacaq.
XİN BMTMənbə: apa.az