Rusiya Kiyevə ballistik raketlər və PUA-larla hücum edib, ölənlər var

Rusiya Kiyevə ballistik raketlər və PUA-larla hücum edib, ölənlər var

Tarix: 08 Sep 2026 08:53

Sentyabrın 8-nə keçən gecə Rusiya qüvvələri Kiyevə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində şəhərin bir neçə rayonunda yaşayış binaları və digər obyektlərə ziyan dəyib, ölən və yaralananlar var.

"Unian"nın məlumatına görə, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.

Məlumata görə, Solomensk rayonunda raket və PUA qalıqları beşmərtəbəli yaşayış binasının üzərinə düşüb. Rayonun digər hissəsində üçmərtəbəli yaşayış binasına da ziyan dəyib. Bundan başqa, anbar binasında yanğın baş verib.

Darnitsk rayonunda qalıqların düşməsi nəticəsində avtomobilə ziyan dəyib.

Podolsk rayonunda isə qarajlar, avtomobillər və anbar binasında yanğın qeydə alınıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində Kiyevin azı beş rayonunda dağıntılar və yanğınlar baş verib.

Kiyev Şəhər Hərbi Administrasiyası yerli vaxtla saat 06:30-a olan məlumata əsasən, hücum nəticəsində iki nəfərin öldüyünü bildirib. Yaralananların da olduğu qeyd edilib.

Ukrayna Rusiya Kiyev raket hücumu

Mənbə: apa.az

Xəbər Lenti