Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib - FOTO

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib - FOTO

Tarix: 08 Sep 2026 13:01

Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli ümumtəhsil məktəblərinə 2026-2027-ci tədris ili üçün dərsliklər göndərib.

APA-nın yerli bürosu xəbər verir ki, 18 adda 22 050 nüsxə dərslik Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə təhvil verilib.

Vəsaitlər I-XI siniflər üçün “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərindən ibarətdir.

Təhvil-təslim prosesi Elm və Təhsil Nazirliyinin, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin nümayəndələrinin, Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir Fuad Çıraqovun iştirakı ilə baş tutub.

Dərs vəsaitlərinin azərbaycandilli məktəblərə yeni tədris ilinin başlanmasına qədər paylanılması nəzərdə tutulub.

Cəmilə Babayeva Elm və Təhsil Nazirliyi dərslik Fuad Çıraqov
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib - FOTO

Mənbə: apa.az

Xəbər Lenti