İran tanker hücumlarına cavab olaraq İordaniyadakı ABŞ bazalarına zərbələr endirib

İran tanker hücumlarına cavab olaraq İordaniyadakı ABŞ bazalarına zərbələr endirib

Tarix: 09 Sep 2026 04:24

İran Fars körfəzindəki İran gəmilərinə zərbələrə cavab olaraq Yaxın Şərqdəki ABŞ hədəflərinə raket zərbələri endirib.

APA xəbər verir ki, bu barədə SNN məlumat yayıb.

İranın ABŞ qüvvələri tərəfindən istifadə edilən İordaniyadakı Müvəffəq Salti və Şahzadə Həsən hava bazalarına raket zərbələri endirdiyi bildirilir.

Məlumata görə, HHQ-nin iki hava bazasına azı 20 raket atılıb.

Qeyd edək ki, bir müddət əvvəl İranın dövlət televiziyası ABŞ-ın Fars körfəzindəki üç İran mülki gəmisinə zərbələr endirdiyini bildirmişdi.

ABŞ İran baza İordaniya

Mənbə: apa.az

Xəbər Lenti