Çərşənbə, 9 Sentyabr, 2026
Tarix: 09 Sep 2026 16:11
Hörmüz boğazının giriş və çıxış marşrutlarının əhəmiyyətli hissəsi İranın nəzarətində olacaq.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran parlamentinin sədr müavini Əli Nikzad ISNA-ya müsahibəsində bildirib.
Omanla əldə olunan razılaşmaya toxunan Nikzad deyib ki, bu məsələdə artıq razılığa gəlinib.
O qeyd edib ki, hətta Oman Sultanı da bu razılaşmanı qəbul edib.
Haşim Rahimi Oman Sultanı Hörmüz boğazıMənbə: apa.az