Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir

Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir

Tarix: 11 Sep 2026 11:12

"Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir".

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktorunun səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev çıxışı zamanı bildirib.

O bildirib ki, 4-cü sinif monitorinqləri əsasında şagirdlərin nəticələri Azərbaycan və rus bölmələri üzrə müqayisə edilib. Müqayisə nəticəsində Azərbaycan bölməsində təhsil alan şagirdlərin nəticələrinin nisbətən daha yaxşı olduğu müəyyənləşib.

Elnur Əliyev eyni zamanda vurğulayıb ki, monitorinqlər zamanı şagirdlərin açıq tipli suallara cavab verərkən bir çox hallarda Türkiyə türkcəsindən istifadə etdikləri müşahidə olunub.

Gülcahan İmanqızı

Mənbə: apa.az

Xəbər Lenti