Məleykə Abbaszadə: Zəif nəticə göstərən uşaqları tanımaq lazımdır

Məleykə Abbaszadə: Zəif nəticə göstərən uşaqları tanımaq lazımdır

Tarix: 11 Sep 2026 12:08

“İbtidai sinifdə yaranan zəif nəticələri 9-cu sinifdə keçirilən buraxılış imtahanında da görürük. Bəzən yazmağı, oxumağı bacarmayan şagirdlər olur. Biz həmin faktları hər zaman Elm və Təhsil Nazirliyinə göndərmişik”.

APA xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında DİM sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, 30 ildir hər imtahan başa çatdıqdan sonra müxtəlif elmi-statistik təhlillər aparılır. Lakin bu təhlillər zamanı yalnız rəqəmlər görünür: “Biz həmin uşaqları tanımırıq və məktəblərdə olmamışıq. İmtahandan sonra əldə olunan nəticələri təhlil edirik və həmin rəqəmləri ictimaiyyətə təqdim edirik. Zəif nəticə göstərən uşaqları tanımaq lazımdır. Psixometrik nəticələr var, bu testlər aparılmalıdır ki, əvvəlcədən müəyyən qədər proqnoz vermək mümkün olsun. Burada həm də müəllim sinfi tanımalıdır, sinifdə hansı uşaqların olduğunu bilməlidir”, - o qeyd edib.

Gülcahan İmanqızı DİM sədri Məleykə Abbaszadə

Mənbə: apa.az

Xəbər Lenti