Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil

Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil

Tarix: 11 Sep 2026 13:24

Azərbaycanda hazırki təhsil sistemində 3 illik bakalavriat sisteminə keçid mümkün deyil.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçiriən iclasında parlementin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib.

Adil Vəliyev deyib ki, bu gün bakalavr təhsilinin 3 illik sistemlə məhdudlaşdırılması Avropa ölkələrində tendensiya halını alıb: “Azərbaycanda tam orta təhsilin müddəti 11 ildir. Amma dünyada bir çox ölkələrdə tam orta təhsilin müddəti 12 ildir. Lakin bu dəyişikliyi indiki reallıqda edə bilməyəcəyik. Paralel olaraq 12 illik təhsilə keçməklə, 3 illik bakalavr sistemini tətbiq etmək olar. Hazırkı sistemlə isə bu, mümkün olmayacaq”.

Qeyd edək ki, bu gün komitə iclasında deputatlar Ceyhun Məmmədov və Fariz İsmayılzadə təhsil müddətinin azaldılmasını, 3 illik bakalavr ali təhsil proqramına keçidlə bağlı təkliflərlə çıxış ediblər.

Selcan Zaurqızı Adil Vəliyev Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri bakalavriat

Mənbə: apa.az

Xəbər Lenti