Lionel Messi: Son klubum "İnter Mayami" olacaq

Tarix: 13.06.2024 07:33

Argentina millisinin hücumçusu Lionel Messi "İnter Mayami"nin onun son klubu olacağını açıqlayıb.

APA xəbər verir ki, futbolçu bunu çərşənbə günü, iyunun 12-də Amerikanın “ESPN” idman kanalına müsahibəsində deyib.

“Mən futbolu sevirəm. Bundan daha çox həzz alıram, çünki daha az vaxt qaldığını başa düşürəm”, - Messi qeyd edib.

Messi etiraf edib ki, futboldan ayrılmağı düşünmür və hər anından həzz almağa çalışır

Xəbər Lenti