Tramp: Ukrayna və Zelenski münaqişənin həlli üçün səy göstərməlidir

Tramp: Ukrayna və Zelenski münaqişənin həlli üçün səy göstərməlidir

Tarix: 20 Oct 2026 23:09

“Ukrayna və Volodimir Zelenski münaqişənin həlli istiqamətində çalışmalıdırlar, əks halda onları pis nəticələr gözləyir”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Ukrayna bu müharibəyə son qoymağa çalışmalıdır. Zelenski müharibənin bitməsi üçün səy göstərməlidir. Əgər o, bunu istəmirsə, məncə, bu, çox pis nəticələrə gətirib çıxaracaq”, – Tramp deyib.

Tramp Rusiyanın Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu bildirib.

“Düşünürəm ki, baş verənlər Rusiyanın da bunun həyata keçirilməsini istədiyini göstərir”, –Tramp əlavə edib.

Tramp bildirib ki, ölkəsi Ukraynaya çox böyük dəstək göstərib, lakin bunun nəticəsi kədər, ölüm və inanılmaz maliyyə itkiləri olub.

Tramp Ukrayna Rusiya ABŞ Zelenski

Mənbə: apa.az

Xəbər Lenti