Səfir: Macarıstan şirkətləri Azərbaycanın iqtisadiyyatına 2 milyard dollar investisiya yatırıb

Səfir: Macarıstan şirkətləri Azərbaycanın iqtisadiyyatına 2 milyard dollar investisiya yatırıb

Tarix: 20 Oct 2026 20:03

Macarıstan şirkətləri Azərbaycanın iqtisadiyyatına təxminən 2 milyard ABŞ dolları investisiya yatırıb.

APA xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma 1956-cı il Macarıstan inqilabının 70-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Səfir qeyd edib ki, Macarıstan Azərbaycanın ən mühüm investorlarından biridir. Macarıstan şirkətləri ölkənin əsas neft-kondensat və təbii qaz yataqlarında iştirak payları əldə edib.

Diplomat Azərbaycanla Macarıstan arasında əməkdaşlığın bərpaolunan enerji sahəsini də əhatə etdiyini vurğulayıb. O bildirib ki, hər iki ölkə yaşıl enerji dəhlizi layihəsində əməkdaşlıq edir, Macarıstanın MVM şirkəti isə Azərbaycanın Şəfəq Günəş Elektrik Stansiyası layihəsində iştirak edir.

Səfir iki ölkə arasında iqtisadi əməkdaşlığın kənd təsərrüfatı, əczaçılıq və su təsərrüfatı kimi sahələrdə də inkişaf etdiyini bildirib.

İlqar Xudiyev

Mənbə: apa.az

Xəbər Lenti