Ünvanlı dövlət sosial yardımı alan ailələrə 200 manat birdəfəlik maddi yardım veriləcək

Tarix: 22 Dec 2025 13:15

Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bu Sərəncamın icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 15 300 000 manat ayrılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan ailələrə ödənilməsini təmin etməli, Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Prezident İlham Əliyev sərəncam aztəminatlı ailələr birdəfəlik maddi yardım

Xəbər Lenti