Çərşənbə axşamı, 20 Oktyabr, 2026
Tarix: 20 Oct 2026 19:05
Hörmüz boğazının cənub dəhlizində qayda pozan tanker yanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, bu gün günortadan əvvəl Hərbi Dəniz Qüvvələrinin müşahidə qrupları qadağan olunmuş ərazidə alovlanan və qayda pozan tanker müəyyənləşdirib.
Qeyd olunub ki, tanker izləmə sistemlərini söndürərək Hörmüz boğazının cənub dəhlizindəki qadağan olunmuş ərazidən keçməyə çalışıb.
İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri koordinasiya olmadan hərəkət etməyin nəticələrinə görə məsuliyyətin qayda pozanların üzərinə düşdüyünü vurğulayıb.
Haşim Rahimi Hörmüz İran tankerMənbə: apa.az