İqor Krasnov Rusiya Ali Məhkəməsinin sədri təyin edilib

Tarix: 24 Sep 2025 11:52

Rusiya Federasiya Şurası İqor Krasnovu Rusiya Federasiyası Ali Məhkəməsinin sədri təyin edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, qərar yekdilliklə qəbul edilib.

Qeyd edək ki, İqor Krasnov 2020-ci ildən Rusiyanın Baş prokuroru vəzifəsində çalışıb. Onu bu vəzifədə prezidentin Şimal-Qərb Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Qutsan əvəz edəcək. Federasiya Şurası onun təyinatına daha sonra baxacaq.

Xəbər Lenti