Çərşənbə, 21 Oktyabr, 2026
Tarix: 21 Oct 2026 02:44
“Pentaqon ilk növbədə öz silahlı qüvvələrini tutucu raketlərlə təmin edir və Ukrayna Vaşinqtonun bu mövqeyindən xəbərdardır”.
APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset məlumat verib.
“Ukraynaya münasibətdə mövqeyimiz dəyişməyib. Lakin tutucu raketlərə gəldikdə, öz hərbçilərimizin də mümkün qədər çox sayda belə raket alacağına əmin olmaq istəyirik. Zelenski bunu bilir və bu mövzuda onunla açıq söhbətlərimiz olub”, - Heqset deyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Ukraynaya tutucu raketlər verməkdən qəsdən imtina etmədiyini deyib. Bununla belə, o, ABŞ-ın öz prioritetləri olduğu üçün belə bir vəziyyətin yarana biləcəyini istisna etməyib.
ABŞ Pentaqon Heqset raket UkraynaMənbə: apa.az