Azərbaycan XİN Braziliyaya başsağlığı verib

Tarix: 12 May 2024 16:23

Azərbaycan Xarici İşlər Nazirliyi Braziliyaya başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN X sosial şəbəkəsində paylaşım edib.

“Braziliyanın Rio-Qrande-du-Sul əyalətində daşqınlar və dağıntılar nəticəsində insan tələfatı bizi kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və bu fəlakətdən zərər çəkənlərə tezliklə şəfa diləyirik”, - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Braziliyanın Riu-Qrandi-du-Sul əyalətində daşqınlar nəticəsində 70-dən çox insan həyatını itirib.

Xəbər Lenti