Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 13.06.2024 17:19
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin təşkilata üzvlüyündən çıxa bilməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, KTMT Katibliyi Paşinyanın bəyanatları fonunda Ermənistanın təşkilatın tamhüquqlu üzvü olaraq qalmasından çıxış etdiyini açıqlayıb.
Qeyd edək ki, Paşinyan bu gün parlamentdə çıxışı zamanı KTMT-yə üzvlük dondurulduqdan sonra növbəti məntiqi addımın Ermənistanın bu təşkilatdan çıxması olacağını söyləyib. O, bununla bağlı hökumətin qərar verəcəyini deyib.