İcraçı direktor: "SABAH.city"də rezidentlik alan şirkətlər bəzi vergilərdən azaddılar

İcraçı direktor: "SABAH.city"də rezidentlik alan şirkətlər bəzi vergilərdən azaddılar

Tarix: 15 Sep 2026 16:06

"SABAH.city"də rezidentlik alan şirkətlər bəzi vergilərdən azaddırlar.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov deyib.

O qeyd edib ki, bəzi şirkətlər sadəcə gəlib burada icarəyə yer götürərək yerləşirlər: “Amma elə şirkətlər də var ki, müraciət edir və rezidentlik alırlar. Rezidentlik almağın, az öncə qeyd etdiyim kimi, müəyyən proseduru var və müvafiq qanunvericiliklə tənzimlənir. Tam detallı məlumatla bizim vebsaytımızda tanış ola bilərsiniz. Mənfəət vergisindən 10 il müddətinə azadolma mövcuddur”.

Nihat Məcidov bildirib ki, gələcəyə doğru bunun genişləndirilməsi ehtimalı var: “Amma təbii ki, bunun üçün müəyyən prosedur var və həmin prosedur baş verməlidir”.

Gülcahan İmanqızı Yüksək Texnologiyalar Parkı SABAH.city

Mənbə: apa.az

Xəbər Lenti