Çərşənbə axşamı, 2 Dekabr, 2025
Tarix: 14.06.2024 03:51
Yəmən husiləri Ədən körfəzində Ukraynaya məxsus ticarət gəmisinə hücum edib.
APA xəbər verir ki, bununla bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında deyilir.
Məlumatda bildirilir ki, bu gün Yəməndəki husilər Ədən körfəzinə iki gəmi əleyhinə qanadlı raket atıb. Hər iki raket Ukraynaya məxsus və Polşa tərəfindən idarə olunan Verbena gəmisinə dəyib. Zərbələr nəticəsində gəmiyə xeyli zərər dəyib və gəmisə yanğın baş verib.
Gəminin bu yaxınlarda Malayziyaya yanaşdığı, həmçinin taxta tikinti materialları ilə İtaliyaya getdiyi bildirilir.
Məlumatda bir gəmiçinin yaralandığı bildirilir.