Paşinyan: “Lukoşenko Azərbaycanı dəstəklədiyi üçün erməni xalqından üzr istəməlidir”

Tarix: 14.06.2024 03:26

Ermənistanın baş naziri Nikol Paşinyan Lukaşenkonun prezident kimi qalacağı müddət ərzində Belarusiyaya səfər etməyəcəyini deyib.

APA xəbər verir ki, Ermənistanın Belarusiyadakı səfirini məsləhətləşmək üçün geri çağırtdıran Paşinyan onu da bildirib ki, Ermənistan rəhbərliyindən bir daha Belarusiyaya heç kim getməyəcək.

Paşinyanın bu cür sərt addımlarının səbəbi isə Belarusiya prezidenti Aleksandr Lukoşenkonun rəsmi Bakının Qarabağı azad etdiyini deməsidir.

Baş nazir həmçinin Belorusiya prezidentinin Qarabağla bağlı dediyi sözlərə və ümumiyyətlə Azərbaycanı dəstəkləməsinə görə erməni xalqından üzr istəməsini tələb edib.

Xəbər Lenti