Cümə axşamı, 17 Sentyabr, 2026
Tarix: 17 Sep 2026 08:57
Yaponiya hökumətinin bütün üzvləri Baş nazir Sanae Takaçinin kabinetdə aparacağı dəyişikliklər ərəfəsində istefa verib.
APA xəbər verir ki, Baş nazirin dəftərxanasının məlumatına görə, hökumətin təcili iclasında bütün nazirlər istefa ərizələrini təqdim edib və Takaçi onları qəbul edib.
Yaxın saatlarda yeni hökumətin tərkibinin açıqlanması gözlənilir. İstefa verən nazirlər yeni kabinet formalaşana qədər öz vəzifələrini formal olaraq icra edəcəklər.
Xarici işlər naziri Toşimitsu Motegi, müdafiə naziri Şinjiro Koizumi, maliyyə naziri Satsuki Katayama və hökumətin baş katibi Minoru Kihara da daxil olmaqla əsas nazirlərin vəzifələrini qoruyacağı gözlənilir.
Sanae Takaçi bundan əvvəl hakim Liberal-Demokrat Partiyasının rəhbərliyində də kiçik dəyişikliklər edib və əsas vəzifələri dəyişməz saxlayıb.
Yerli müşahidəçilər partiya rəhbərliyində və hökumətdə minimal dəyişikliklərin Takaçinin partiyanın idarə olunmasında sabitliyi qorumaq və 2027-ci ildə partiya sədri vəzifəsinə yenidən seçilməsi üçün əlverişli şərait yaratmaq istəyindən qaynaqlandığını bildirirlər.
Yaponiya istefa
Mənbə: apa.az