Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib

Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib

Tarix: 17 Sep 2026 03:43

İtaliyanın Baş naziri Ciorcia Meloni növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını inkar edib.

APA xəbər verir ki, Meloni bu barədə hökumətin iclasından sonra məlumat verib. B

O bildirib ki, onun növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış etmək niyyəti yoxdur. Meloni ölkəni hakim koalisiyanın dəstəyi olduğu müddətdə idarə etməyə davam edəcəyini deyib.

“Bu güclü koalisiyanın dəstəyi olduğu müddətdə ölkəni idarə etmək niyyətindəyəm”, - Meloni deyib.

Qeyd edək ki, İtaliyada növbəti parlament seçkilərinin 2027-ci ilin payızında keçirilməsi gözlənilir. Bununla belə, seçkilərin artıq bu ilin payızında keçirilməsi ehtimalı ilə bağlı məlumatlar getdikcə artır.

İtaliya Meloni seçkilər

Mənbə: apa.az

Xəbər Lenti