Təhsil xərclərində 1,6 faiz artım olacaq

Təhsil xərclərində 1,6 faiz artım olacaq

Tarix: 16 Sep 2026 21:58

Gələn il Azərbaycanın təhsil xərcləri 1,6 faiz artacaq.

APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında öz əksini tapıb.

Gələn il Azərbaycanın təhsil xərcləri 5 milyard 98.2 milyon olacaq. Bu, 2026-cı illə müqayisədə 81 milyon 802 min manat, yaxud 1,6 faiz çoxdur.

Qeyd edək ki, 2026-cı ildə təhsil xərcləri 5 milyard 16 milyon 397 min 622 manat olub.

Firuzə Vahid təhsil xərcləri

Mənbə: apa.az

Xəbər Lenti