Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb

Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb

Tarix: 16 Sep 2026 21:00

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 47 milyard 608,8 milyon manat, xərclərinin isə 50 milyard 386,7 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2027-ci il və sonrakı üç il üzrə büdcə göstəricilərində qeyd olunub.

Proqnoza əsasən, icmal büdcənin gəlirləri 2026-cı ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 5,9%, xərcləri isə 3,2% artacaq.

Beləliklə, 2027-ci ildə icmal büdcənin 2 milyard 777,9 milyon manat kəsirlə formalaşacağı gözlənilir.

Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 3,2% azdır.

Rahim Tarıverdiyev büdcə

Mənbə: apa.az

Xəbər Lenti