AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb

AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb

Tarix: 16 Sep 2026 17:54

Fransada mayın sonundan etibarən müşahidə olunan anomal istilər zamanı təxminən 8 min ölüm halı qeydə alınıb.

Bu barədə AFP Fransanın İctimai Səhiyyə üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.

Agentlik qeyd edib ki, bu ölümlərin hansı hissəsinin birbaşa yüksək temperaturla bağlı olduğunu hazırda müəyyənləşdirmək mümkün deyil. Məlumatlar ilkin xarakter daşıyır və yay dövrünün yekun təhlilindən sonra dəyişdirilə bilər.

“2026-cı ilin yayı tamamilə görünməmiş oldu, anomal istilər demək olar ki, fasiləsiz şəkildə bir-birini əvəzlədi”, – agentliyin nümayəndəsi Guillaume Bulanjer deyib.

Onun sözlərinə görə, adətən anomal isti günlər yay dövrünün təxminən 5%-ni təşkil edir.

Qeyd edək ki, Fransada istilərin təsirlərinin epidemioloji monitorinq mövsümü iyunun 1-dən sentyabrın 15-dək davam edir. Meteo-France-nin məlumatına görə, 2026-cı ilin yayı 1900-cü ildən bəri Fransada ən isti yay olub və bu göstəriciyə görə 2003 və 2022-ci illərin yaylarını geridə qoyub.

İlqar Xudiyev Fransa anomal istilər ölüm halları

Mənbə: apa.az

Xəbər Lenti