Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

Tarix: 16 Sep 2026 18:03

Azərbaycan Mərkəzi Bankının baş direktoru Tərlan Rəsulov İslam İnkişaf Bankı (İİB) Qrupunun qiymətləndirmə missiyasının Azərbaycana səfəri çərçivəsində İİB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın makroiqtisadi vəziyyəti, maliyyə sektorunda həyata keçirilən islahatlar və maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub. Tərəflər həmçinin Azərbaycanda islam maliyyəsinin inkişafı ilə bağlı həyata keçirilən təşəbbüsləri və bu sahədə mövcud imkanları nəzərdən keçiriblər.

Görüş zamanı Azərbaycan Respublikası ilə İİB arasında 2027-2031-ci illər üzrə Tərəfdaşlıq Strategiyasının hazırlanması çərçivəsində Mərkəzi Bankla gələcək əməkdaşlıq perspektivləri və birgə təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

APA-Economics İslam İnkişaf Bankı (İİB) Qrupu Mərkəzi Bank Tərlan Rəsulov
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub

Mənbə: apa.az

Xəbər Lenti