"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb

"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb

Tarix: 16 Sep 2026 18:27

Ukraynanın sentyabr ayında həyata keçirdiyi dron hücumlarından sonra Rusiyanın Sızran və Saratov şəhərlərində yerləşən neft emalı zavodlarında neft emalı dayandırılıb.

Bu barədə "Reuters" üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Sızran Neft Emalı Zavodu çərşənbə axşamı, Saratov Neft Emalı Zavodu isə ötən cümə günü fəaliyyətini dayandırıb.

Sızran neft emalı zavodunda əsas ilkin distillə qurğusu da daxil olmaqla bir neçə qurğuya ziyan dəyib. Mənbələr təmirin ən azı bir ay çəkə biləcəyini qeyd ediblər.

Saratov neft emalı zavodu isə artıq 2 avqustda dron hücumundan sonra bir neçə həftə fəaliyyətini dayandırıb. Mənbələr bildirirlər ki, 10-11 sentyabrda təmirdən sonra emalı bərpa etməyə hazırlaşır.

İlqar Xudiyev Rusiya Ukraynanın dron hücumları neft emalı zavodları

Mənbə: apa.az

Xəbər Lenti