Cümə axşamı, 19 Mart, 2026
Tarix: 26 Feb 2026 17:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının ildönümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
APA xəbər verir ki, paylaşımda deyilir:
“Xocalı qətliamının 34-cü ilində öldürülən azərbaycanlı qardaşlarımızı rəhmətlə, kədərlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Həmişə ürəyimizdə hiss edəcəyimiz bu qeyri-insani qırğını heç vaxt unutmayacağıq”, - Türkiyə Prezidenti qeyd edib.
https://twitter.com/RTErdogan/status/2027013279755739280Firuzə Vahid Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı