CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik

CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik

Tarix: 16 Sep 2026 22:36

“Hörmüz boğazında gəmiçilik davam edir və İran buna nəzarət etmir. Hörmüz boğazının blokadası sərt və təsirlidir və biz neft və gəmilərin davamlı axınına zəmanət veririk”.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir.

CENTCOM-un açıqlamasında, həmçinin, Hörmüz boğazında blokadanı pozmağa cəhd edən 100-dən çox gəminin yönləndirildiyi bildirilir.

“Hörmüz boğazından 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik. Hörmüz boğazında beynəlxalq səviyyədə tanınmış gəmiçilik yollarının minalardan təmizlənməsini başa çatdırdıq”, - açıqlamada deyilir.

CENTCOM ABŞ Hörmüz

Mənbə: apa.az

Xəbər Lenti