Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib

Karni Ursula fon der Leyen ilə Kanada-AB əməkdaşlığının gücləndirilməsini müzakirə edib

Tarix: 17 Sep 2026 00:40

Kanadanın Baş naziri Mark Karni Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen və Avropa Parlamentinin sədri Roberta Metsola ilə Kanada ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edib.

APA xəbər verir ki, bu barədə Karni ilə görüşün yekunlarına dair onun saytında yayımlanan bəyanatda bildirilib.

Strasburqda keçirilən görüşdə tərəflər kritik faydalı qazıntılar, energetika, müdafiə, tədqiqat və inkişaf, eləcə də qabaqcıl texnologiyalar sahələrində tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Bəyanatda qeyd olunub ki, Kanada daha böyük strateji muxtariyyət, dayanıqlılıq və suverenliyi təmin etmək üçün etibarlı tərəfdaşlarla münasibətləri gücləndirməyə çalışır. Karni Aİ-nin bu səylərdə mühüm rol oynadığını bildirib.

Kanada AB

Mənbə: apa.az

Xəbər Lenti