Beş fənn üzrə təhsil proqramı təkmilləşdirilib

Tarix: 30 Dec 2025 13:01

5 fənn (Azərbaycan dili, ədəbiyyat, coğrafiya, fizika, informatika fənləri) üzrə təhsil proqramı (kurikulumu) təkmilləşdirilərək 2025-ci ildə təsdiq edilib.

APA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub.

"Ümumi təhsil müəssisələri üçün 49 adda (44 adda yeni hazırlanmış, 5 adda təkmilləşdirilmiş) dərslik və metodiki vəsaitin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı işlər aparılıb. Bununla yanaşı, ümumi təhsil müəssisələrinin dərslik ehtiyaclarının təmin olunması üçün 302 adda 6 863 600 nüsxə dərsliyin çapı yekunlaşdırılaraq məktəblərə çatdırılıb. Ümumi təhsil pilləsində tədrisin təşkili üçün 20 adda tədris planı hazırlanaraq təsdiq olunub", - hesabatda qeyd olunub.

Gülcahan Məmmədova Elm və Təhsil Nazirliyi dərslik

Xəbər Lenti