Antalyada COP31 Liderlər Sammiti keçirilir, Prezident və birinci xanım tədbirdə iştirak edir - YENİLƏNİB-1

Antalyada COP31 Liderlər Sammiti keçirilir, Prezident və birinci xanım tədbirdə iştirak edir - YENİLƏNİB-1

Tarix: 11 Nov 2026 13:21

Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilir.

APA-nın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak edirlər.

***

13.10

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitinin iştirakçıları birgə foto çəkdiriblər.

Bu barədə APA-nın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir.

***

12:22

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəldi.

APA-nın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş dövlət başçısını qarşılayıblar.

Ramiz Mikayıloğlu Prezident İlham Əliyev COP Antalya

Mənbə: apa.az

Xəbər Lenti