Çərşənbə, 4 Noyabr, 2026
Tarix: 18 Sep 2026 14:21
15-17 sentyabr 2026-cı il tarixlərində İordaniya Haşimilər Krallığında İordaniyanın Təhlükəsizlik və Böhranların İdarə olunması Milli Mərkəzi ilə NATO-nun Avro-Atlantik Fəlakətlərə Cavabın Əlaqələndirilməsi Mərkəzinin (EADRCC) birgə təşkilatçılığı ilə “Darb Al-Aman7” təliminin İlkin Planlaşdırma Konfransı keçirilib.
Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, konfransda Azərbaycan dövlət qurumlarından ibarət nümayəndə heyətinin tərkibində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi rəisinin birinci müavini polkovnik-leytenant Əsmər Salamova iştirak edib.
Qeyd edək ki, tədbirin məqsədi 2027-ci ildə keçirilməsi nəzərdə tutulan "Darb Al-Aman 7" təliminin əsas istiqamətləri və ssenarilərinin müəyyənləşdirilməsi, eləcə də fövqəladə hallar zamanı beynəlxalq əməkdaşlıq və birgə cavab tədbirlərinin əlaqələndirilməsi mexanizmlərinin müzakirəsi olub.
Emin Şirvanzadə FHN beynəlxalq konfrans

Mənbə: apa.az