Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 08 Feb 2024 08:14
Pakistanda Milli Assambleyaya (parlamentin aşağı palatası) və əyalət qanunvericilik orqanlarına seçkilər başlayıb.
APA xəbər verir ki, bu barədə seçki komissiyası məlumat yayıb.
Departament bildirir ki, seçki məntəqələri saat 08:00-da (Bakı vaxtı ilə 07:00) fəaliyyətə başlayıb və 17:00-a qədər açıq olacaq.
Seçkilərin yekun nəticələrinin saat 10:00-da elan edilməsi planlaşdırılır.
Prosesdə 128 milyondan çox seçici olacaq.