Qubada yol qəzasında 5 nəfər xəsarət alıb

Qubada yol qəzasında 5 nəfər xəsarət alıb

Tarix: 18 Sep 2026 16:14

Bakı-Quba yolunun Quba rayonunun Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xanım Məmmədova Quba qəza

Mənbə: apa.az

Xəbər Lenti