Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO

Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO

Tarix: 18 Sep 2026 15:59

Cəlilabad şəhərində zəncirvari yol qəzası baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə hərəkətdə olan "VAZ 21011" markalı avtomobilin manevr edərək, dönmə əməliyyatını yerinə yetirdiyi zaman, arxadan gələn "Mercedes" markalı nəqliyyat vasitəsinin ona çırpılması nəticəsində baş verib.

Zərbənin təsirindən toqquşan maşın yoldan çıxaraq əks istiqamətdən gələn "VAZ 2106" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində 4 nəfər - Mirzəzadə Fatimə, Mirzəzadə Cəlal, Quliyev Elçin və Məmmədova Şəfa xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti