Şənbə, 19 Sentyabr, 2026
Tarix: 18 Sep 2026 17:18
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Yevlax şəhərindən keçən hissəsində, dairəvi yolda qeydə alınıb.
Çuğundur yüklü yük maşını minik avtomobillərinin daşınması üçün nəzərdə tutulan xüsusi yük maşını ilə toqquşub.
Qəza nəticəsində Firudinov Ramil Allahverən oğlu ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy Yevlax qəzaMənbə: apa.az