Heqset: ABŞ-İran müharibəsində itkilərlə bağlı məlumatların azaldılması barədə iddialar tamamilə yalandır

Heqset: ABŞ-İran müharibəsində itkilərlə bağlı məlumatların azaldılması barədə iddialar tamamilə yalandır

Tarix: 19 Sep 2026 06:39

“İranla münaqişədə ABŞ Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilərlə bağlı rəsmi məlumatların azaldılması barədə iddialar həqiqəti əks etdirmir”.

APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset “The Washington Post” qəzetində dərc olunan materialı şərh edərkən deyib.

“Bu, feykdir, iyrənclik doğurur. Tamamilə yalandır”, - Heqset bildirib.

Qeyd edək ki, qəzet adı açıqlanmayan mənbələrə istinadən ABŞ-ın İrana qarşı hərbi əməliyyatı zamanı həlak olan hərbçilərin sayının rəsmi məlumatlarda göstəriləndən çox olduğunu və 18 deyil, azı 22 nəfər təşkil etdiyini yazıb.

ABŞ İran Heqset

Mənbə: apa.az

Xəbər Lenti