İranda İsrail üçün casusluqda ittiham edilən şəxs edam olunub

İranda İsrail üçün casusluqda ittiham edilən şəxs edam olunub

Tarix: 19 Sep 2026 10:16

İranda İsrailin xarici kəşfiyyat xidmətinə (Mossad) casusluq etməkdə günahlandırılan şəxs edam edilib.

APA yerli mediaya istinadən xəbər verir ki, Hüseyn Pedəran adlı şəxs İsfahanda yerləşən hərbi obyektlərlə bağlı həssas informasiyanı “Mossad”a ötürüb.

Belə ki, sözügedən şəxs öz təşəbbüsü ilə “Mossad”la əməkdaşlığa başlayıb və məlumatların kodlaşdırılması ilə bağlı təlim keçib.

O, həssas məlumatları kodlaşdırılmış formada e-mail vasitəsilə İsrail kəşfiyyatına ötürməkdə ittiham edilib.

Toğrul Quluzadə İran casusluq edam Mossad

Mənbə: apa.az

Xəbər Lenti