Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 15 Jun 2024 09:59
Səhərin erkən saatlarında Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları Rusiyanın Rostov vilayətinə hücum edib.
APA-nın xəbərinə görə, bu barədə video “ASTRA” teleqram kanalında paylaşılıb.
Vilayətin qubernatoru Vasili Qolubev bildirib ki, onların hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Nəticədə PUA-ların qalıqları vilayətin Kamensk-Şaxtinsk rayonundakı kimyəvi məhsullar istehsal edən müəssisələrdən birinin ərazisinə düşüb.
İnsan tələfatı və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.