ABŞ Ukraynanın zəruri ehtiyacları üçün əlavə yardım ayırıb

Tarix: 15.06.2024 14:40

ABŞ Ukraynanın enerji sisteminin gücləndirilməsi, eləcə də digər zəruri ehtiyaclarının təmini üçün 1,5 milyard dollar ayırıb.

APA-nın “Unian”a istinadən xəbərinə görə, bunu İsveçrədə keçirilən Sülh Sammitində bu ölkənin vitse-prezidenti Kamala Harris açıqlayıb.

Kamala Harris bildirib ki, həmin vəsait eyni zamanda humanitar və təhlükəsizlik sahəsindəki problemlərin həllinə sərf olunacaq.

Xəbər Lenti