Bloomberg nəşri fransızların Nigerdəki uran mədənindən mümkün gedişindən danışıb

Tarix: 16.06.2024 06:26

Fransanın “Orano” şirkəti ölkə hökuməti ilə müqavilənin yenilənməsi ilə bağlı problemlərə görə Nigerdəki İmuraren mədənində uran hasilatı hüququnu itirə bilər.

APA xəbər verir ki, bununla bağlı ötən gün ABŞ-ın məşhur Bloomberg nəşri məlumat yayıb.

Məlmatda bildirilir ki, hazırkı müqavilənin müddəti iyunun 19-da başa çatır. Əvvəllər Niger Fransa nüvə şirkətinin müqaviləni uzatmaq planını rədd etmiş və onun hakimiyyətin gözləntilərinə uyğun gəlmədiyini açıqlamışdı.

"İkinci və son bildiriş iyunun 19-da başa çatır, bundan sonra şirkətin fəaliyyət icazəsi ləğv ediləcək" – deyə Nigerin mədən nazirliyi məktubda bildirib.

Imuraren dünyanın ən böyük uran yataqlarından biridir ehtiyatları 200 min tondur.

Xəbər Lenti