Rusiyada təqsirləndirilən şəxslər cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb

Tarix: 16.06.2024 10:13

Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb. APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, iki əməkdaşın girov götürüldüyü istintaq təcridxanası adi qaydada işləyir, vəziyyətə nəzarət olunur.

Xəbər Lenti