Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb

Tarix: 21 Sep 2026 11:27

Bu ilin yanvar-avqust aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 959,6 milyon ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İllik müqayisədə ticarət dövriyyəsinin həcmində 13,4% artım qeydə alınıb.

Azərbaycan 5,4% payla Gürcüstanın ümumi ticarət dövriyyəsində qonşu ölkənin Türkiyə, Çin, Rusiya və ABŞ-dan sonra beçinci əsas ticarət tərəfdaşı olub.

Gürcüstandan Azərbaycana ixrac edilən məhsulların dəyəri illik nisbətdə 5,1% artaraq 484,5 milyon ABŞ dollarına bərabər olub. Azərbaycan Gürcüstanın ixracında 8,9% payla qonşu ölkənin ixrac üzrə əsas tərəfdaşları arasında Qırğızıstan, Çin və Rusiyadan sonra dördüncü yeri tutub.

Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 475,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni göstəricisini 23% üstələyir. Azərbaycan 3,8% payla Gürcüstanın əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, ABŞ, Çin və Almaniyadan sonra altıncı yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 17,9 milyard ABŞ dollarına bərabər olub, bu isə illik müqayisədə 8,4% çoxdur. İxracın dəyəri 5,42 milyard ABŞ dolları, idxalın dəyəri isə 12,50 milyard ABŞ dolları təşkil edib.

Cəmilə Babayeva Gürcüstan Azərbaycan ticarət dövriyyəsi

Mənbə: apa.az

Xəbər Lenti