Bazar ertəsi, 21 Sentyabr, 2026
Tarix: 21 Sep 2026 11:03
Rusiyanın ötən gecə Ukraynaya hücumlarında bir nəfər ölüb, 9 nəfər yaralanıb.
APA xəbər verir ki, bununla bağlı Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kiyev, Zaparojye, Xarkov, Odessa və Kirovoqrad regionlarında yerləşən mülki obyektlər Rusiya ordusunun zərbələrinə məruz qalıb.
Məlumata görə, Zaparojyedə ticarət mərkəzi və yaşayış binaları, Xarkovda dəmiryolu infrastrukturu və yaşayış binaları hədəfə alınıb, Odessada isə bir anbara dron hücumu genişmiqyaslı yanğına səbəb olub.
Toğrul Quluzadə Rusiya Ukrayna hücum Odessa Kiyev ZaparojiyeMənbə: apa.az