Bazar ertəsi, 21 Sentyabr, 2026
Tarix: 21 Sep 2026 12:24
Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova seçkilərində seçici iştirakının 59,32% təşkil etdiyini deyib.
Pamfilova bildirib ki, Vahid Rusiya, Rusiya Federasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası və Yeni İnsanlar partiyaları Dövlət Dumasının deputat siyahısı seçkilərində səslərin 95,45%-ni emal etdikdən sonra 5%-lik həddi keçiblər.
Onun sözlərinə görə, Ədalətli Rusiya Partiyası hələ də 5%-lik həddi keçmək şansına malikdir.
Pamfilova qeyd edib ki, Vahid Rusiya dumada 355 yerə sahib olacaq.
O vurğulayıb ki, seçkilərin yekun nəticələri 25 sentyabrda açıqlanacaq.
Fərid ƏkbərovMənbə: apa.az