Çərşənbə, 21 Yanvar, 2026
Tarix: 16 Jun 2024 17:15
ABŞ prezidentliyinə namizəd Donald Tramp növbəti dəfə seçicilərini üçüncü dünya müharibəsi ilə qorxudub.
APA xəbər verir ki, Tramp bu barədə Detroitdə ABŞ-ın Turning Point kampaniyası tədbirində çıxışı zamanı deyib.
Beləliklə, o, bir daha bəyan edib ki, Vaşinqton yeni dünya münaqişəsinə cəlb olunmaq riski daşıyır: “Ölkəmizi xilas etmək lazımdır”.
"Bizim etməli olduğumuz ən vacib şey ölkəmizi xilas etməkdir, çünki ölkəmiz problem içindədir. Üçüncü dünya müharibəsinin real ehtimalı var", - Tramp deyib.